Əlaqə Arxiv
news Image
2014.02.19
09:45
| A A A
Hidrometeriloqlardan hava xəbərdarlığı

Bu gün  ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək. Movqe.az xəbər verir ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Şimal-qərb və şimal küləyi gecə və səhər arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı proqnozlaşdırılır. Fevralın 20-də isə gündüz saatlarında 7-12 dərəcə isti olacaq. Fevralın 19-da Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda, həmçinin Naxçıvanda qar yağacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 13 dərəcəyədək şaxta olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Lakin sabahdan etibarən gündüz saatlarından hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Sizin Reklam Yeriniz