news Image
2014.02.19
11:00
| A A A
Kiyev böhranı: Prezident müxalifləri təqsirləndirdi - FOTOLAR

Ukrayna Prezidenti Viktor Yanukoviç müxalif liderlərini 25 nəfərin ölümüylə nəticələnən ziddiyyətləri daha da şiddətləndirdməkdə təqsirləndirib. Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, müxaliflərlə gecə yarısı baş tutan danışıqlar uğursuzluğa düçar edildikdən sonra Cənab Yanukoviç öz nümayəndələrini radikal qüvvələrdən uzaq dayanmaları üçün təşviq edərək, "ziddiyyətləri kəsmək üçün hələ də gec deyil" deyə bildirib. Polis isə nümayişçilərin düşərgələrini sökməyə davam edir. Səhiyyə işçiləri, ölü sayının 25-ə çatdığını bildirib. "Onlardan 9-u polis tərəfindən öldürülüb" deyə daxili işlər naziri qeyd edib. Ölənlər arasında jurnalistlər də olub. Partlayışların baş vermə yeri isə Müstəqillik meydanı kimi taınan Maydandır. Qarşıdurmalar 04.00 radələrində baş verib.