Əlaqə Arxiv
news Image
2014.02.19
15:57
| A A A
Azərbaycanda institutda yeniliklər olacaq-Eksklüziv

Hazırda əsaslı təmirdə olan K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda bir sıra yeniliklər olacaq. Bu barədə Movqe.az-a açıqlamasında institutun direktoru Nəsib Quliyev məlumat verib. N. Quliyev bildirib ki, institutda aparılan təmir işləri yekunlaşdıqdan sonra yenidoğulmuşların müayinə və müalicəsində bir sıra imkanlar yaranacaq: "İnstitutda müasir süni tənəffüs aparatı, yenidoğulmuşlara küvəzlər cərrahi müdaxilələrin aparılması üçün yeni aparatlar gətirilib. Hansı ki, həmin aparatlar dünyanın ən öndə gedən ölkələrinin Almaniya, İtalyanın istehsalı olan tibbi avadanlıqlardır. Yeni aparatların köməyi ilə indiyədək apara bilmədiyimiz müayinələri apara biləcəyik. İndeskopik labarator müayinələrin aparılması mümkün olacaq".

N. Quliyev xəstəxananın bir korpusunun yayda istifadəyə veriləcəyini söyləyib.

Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev Elmi Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Elmi Tədqiqat Pediatriya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon  manat ayrılıb.

 

Sizin Reklam Yeriniz