Əlaqə Arxiv
news Image
2014.02.19
16:43
| A A A
Paytaxt məktəblərinin məzunlarının göstəriciləri açıqlandı
Bakı abituriyentlərinin qəbul imtahanlarında topladığı orta bal ötən illə müqayisədə artıb. Movqe.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə paytaxt məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələrin müzakirəsinə həsr olunan müşavirədə deyib.
O bildirib ki, 2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta bal 238,911-ə, 2013-cü ildə isə 244,737-ə bərabər olub. Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bu göstərici ilə Bakı şəhər Təhsil Şöbəsi imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır. M.Abbaszadə qeyd edib ki, son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak etmiş məzunların qəbulolma göstəriciləri artıb. Belə ki, 2012-ci ildə iştirak edən məzunların 51,75%-i tələbə adını qazanıbsa, 2013-cü ilə imtahanda iştirak edən məzunların 55,91%-i ali məktəbə qəbul olub. Komissiya sədri əlavə edib ki, paytaxtın Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Bakının rus bölməsinin abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir.  M.Abasszadə bildirib ki, ümumilikdə 2013-cü ildə Bakıda 19 952 nəfər attestat alıb. Attestat alanların 84,24%-i (16 807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55,91%-i) tələbə adını qazanıb. Onların 34,26%-i (3219 nəfəri) dövlət, 1,01%-i (95 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48,49%-i (4556 nəfəri) dövlət, 16,24%-i (1526 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Sizin Reklam Yeriniz