Əlaqə Arxiv
news Image
2014.02.19
19:16
| A A A
UKRAYNA GÖZ YAŞLARINA İNANMIR

Ölümcül Maydan-qanlı küçə döyüşlərinin hər saat dəyişən xronikası hələ ki,25 ukraynalının inqilab qurbanı olduğundan xəbər verir. Etirazların davam etdiyi 2 ay ərzində siyasi konsensus üçün ən əlverişli bir şərait yaranmışdı.Ali Rada prezidentin Konstitusion səlahiyyətlərinin azaldılması və yeni seçkilərin keçirilməsi ətrafında razılıq axtarırkən əsil hərbi toqquşma baş verdi.Böhrandan çıxış yolu vardımı və əsil həqiqətdə Ukraynanı idarə edən Maydan bütün dövlətçilk funksiyalarını öz üzərinə götürüb hakimiyyət çevrilişini etməyə qadir idimi?


Ekspertlər Yanukoviçin Hökumətdən imtina qərarı ilə ən azı vaxt udaraq üsyançılar əleyhinə yeni güc toplamağa çalışdığını iddia edirlər.Xüsusilə də Soçi Olimpidasında Putinlə görüş ən azı Rusiyanın hərbi vasitələrlə mitinqləri yatırtmaq ssenarisinə xeyir-dua verildiyinə şübhə yeri qoymur.Məhz ona görə də böyük maliyyə maqnatlarından sayılan Müdafiə naziri dünəndən canfəşanlıqla orduya əmr verdiyini,ən qəti tədbirlərlə ,yəni silahlı vasitələrlə iğtişaşları yatırılacağını bəyan edir.


Doğrudanmı meydanın eyforiyası altında məlum üç müxalif lider Yanukoviçin istefasına nail olacağına ümid bəsləyiblər. Həqiqətənmi onlar arasında koalision iqtidar quruculuğu tam razılaşdırılmış məsələdir?Bəs onlar hansı Ukraynaya başçılıq edəcəklər?Konfederativ,ikiyə bölünmüş ,yoxsa,tam dövlətçiliyi sarsılmış bir mirasa sahib olacaqlar-bütün bu suallar Rusiyanın alternativ variantlarından və artıq "qanlı prezident" adlandılan şəxsin yetkinlik dərəcəsindən asılı olacaqdır.Kliçkonun bəyan etməsi ki,vəziyyət tam nəzarətdən çıxıb və Ukrayna idarə olunmur,bu tamam doğru deyil.Lakin dramatizm artdıqca və bir-birinin ardınca ələ keçirilən administrasiya binaları fonunda müxalifət dövlət çevrilişinə qadir olduğuna inandıqca xaos qaçılmaz olacaq.


Xronikaya kiçik bir nəzər salaq.Barrikadanın əsas ağırlıq mərkəzi Lvov,Kiyev və Zaporejye şəhərlərində Berkutçular və xüsusi təyinatlılara qarşı mitinqçilərin odlu silahlarından atəş açılan kimi rəsmi qurumlar ilk növbədə şəhərə daxil olan əsas nəqliyyat arteriyalarını bağlayarır,mitinqçiləri ətraf aləmdən təcrid edib qüvvə tətbiq edərək onları neytrallaşdıracaqlarına ümid edirlər.Lakin bu anda baş verənlər əsil müharibəni xatırladır.Dövlət obyektlərinin və şəxsi mülklərin yandırılması,hüquq mühafizə orqanlarının linç edilməsi və ölçüyə gəlməz şiddət,dağıntı.Hər saniyə proseslərin içində olan müxalif liderlərin gecə saatlarında prezidentlə danışıqlara yollanması,Amerika səfirinin iğtişaşların məsuliyyətini Yanukoviçin üzərinə atması,Rusiyanın müxalifləri "ekstremist"lər adlandıraraq dünyanı Ukraynadakı çevrilişə biganə qalmamağa çağırması,tərəflərin uğursuz atəşkəs dialoqu və dövlət başçısının televiziya ilə xalqa müraciəti.

Qərb Poşa Xarici İşlər nazirini xüsusi missiya ilə Ukraynaya göndərir.Co Bayden hər iki tərəfi zorakılaqdan çəkinməyə çağırır.Maydan yeni qüvvə toplayır və son ölümcül raunda hazırlığını davam etdirir.Kim bilir,indi daha da zəifləmiş,dayaqları sarsıldıqdan sonra oliqarxları tam əks cinaha keçmiş Yanukoviçin fövqəladə vəziyyət rejimi elan etməkdən başqa hansı yolu qalır?Məşhur Rinat Ahmətov və digər iqtisadi ağır çəkilər qanlı ssenarilərin onların maraqlarına nə qədər zərbə vurduğundan danışırlar.Bəs indi necə olacaq?Yuşşenko zamanında bütün mühüm sahələri özəlləşməyə açılmış bir dövlətin malik olduğu iqtisadi gerilik son qanlı çərşənbədən daha nə qədər geriləcəyək?


Avropanın sanksiya hədəsi heç bir məmuru o qədər qorxutmur,nəinki onların rəqiblərinin gələcək haqq-hesab bəyanatları..Onsuz da belə intiqam və revanş cəhdlərinin Ukraynada dərin bir ənənəsi yaranıb.

Qərblə Rusiyanın maraqların növbəti Suriya səhnəsi Ukraynaya keçə bilərmi?Krımdan eşidilən səslər hələ ki,baş məşqdir.Rəsmi Kremlin siyasi texnoloqları ən mühüm anda,onların versiyası üzrə inkişaf etməyən perspektivdə,Şərqlə Qərbin ixtilafını yaratmağa,iqtisadi təzyiq alətlərini işə salmağa,Millerin Qazpromunun tətiyi ilə ukraynalılara şaxtalı qış günlərində və qaynar azadlıq arzularının üstündə əsil soyuq duş effektini səhnələşdirəcəklər.Putin belə siyasi teatrlar baş rejissuralığına dəfələrlə imza atıb axı.Suriya əla bir təcrübi meydan oldu.Pis vərdiş yoluşdurucu olur,deyirlər axı.


Əvəzində Kiyevə tələsən Avropa Birliyinin emissarları isə ölənləri yardım üçün deyil,gələcək vəziyyətin qorxulu bir axara sürüklənməsindən xilas olmaq üçün tələsirlər.Leninin kütlə inqilabının qatarı isə gözləmir və gecikənləri təkərləri altına alır.Yəni,Gürcüstan kimi Ukrayna da demokratik inqilab ideallarına uyub hakimiyyəti dəyişsə,xalqı yemləməyə BVf-nun güzəştli kreditlərindən savayı heç bir yardım vəd olunmur.Demək,inqilab üçün bonus verilməyəcək.


İndi matəm sədaları altında qədim və dəyanətli bir millət öz itkilərinə göz yaşları axıdır,yaralarını sarımağa çalışır.Çox üzücüdür.Ukraynanın taleyi tərəziyə qoyulub.Müstəqiliyyini əldə edəndən bu yana xalq belə sınağa çəkilməmişdi.Hətta narıncı dalğanın gətirdiyi beş aylıq siyasi fırtınalar zamanında da dövlət və ictimai mənafelər belə üz-üzə gəlməmişdi.

Bütün hallarda qanlı tarixi nə iləsə yumaq mümkün deyil.Onun məsuliyyətini Yanukoviçin və ya hakimiyyət ehtirası ilə bütün Ukraynanı qana bürüməyin tərəfində olan üç müşketyorun üzərinə qoyulması heç nəyi dəyişmir.Azadlıq qanı sevir axı.Liderlərin deyil,təbəələrin cəsədi siyasi olimpə gedənlərə həmişə yaxşı fürsət yaradır.Ukraynada qar üstündəki Olimpiadanın isə medalları hələ ki,ölənlərin döşlərindən asılıb.Lakin qalib yoxdur.Bağlanış səhnəsini isə qələbə məşəlini əlində tutan deyil,onlardan gələcəkdə faydalananlar edəcəklər.


Maydanı bürüyən qatı tüstü fonunda qədim Romada kütlələrin sevdiklləri məşhur Lutsiy Kassiyin tarix boyu qüvvədə olan şüarı yada düşür:"Kimə sərfəlidir"?

Sizin Reklam Yeriniz