Əlaqə Arxiv
news Image
2014.02.19
19:36
| A A A
İstehlakçıların aldadılması hallarının qarşısı alınır

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi ev 50 ünvanında fiziki şəxs Abbaszadə Mais Çingiz oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Movqe. az xəbər verir ki, mağazanın pəncərəsində "Endirim 50%-60%" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunmuşdur.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Abbaszadə Mais Çingiz oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Sizin Reklam Yeriniz