Əlaqə Arxiv
news Image
2014.02.20
09:53
| A A A
AMEA-nın dəhşətli zəlzələ xəritəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu zəlzələ bölgələri haqda insanları şoka salacaq geoekoloji xəritə hazırlayıb. Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur. 

Xəritədə həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərinp aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir. Həmçinin burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer almışdır. Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilov tərəfindən hazırlanan yeni nəşr AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub. A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub. Elmi Şuranın iclasında xəritə alimlər tərəfindən bəyənilib, təklif və tövsiyələr səsləndirilib.

Sizin Reklam Yeriniz