Əlaqə Arxiv
news Image
2014.02.20
11:14
| A A A
AB nazirləri böhran danışıqları üçün Kiyevdə

Fransa , Almaniya və Polşa Xarici İşlər Nazirləri bu gün Kiyevdə tərəflərlə böhran danışıqları edəcək.


Movqe.Az xəbər verir ki, Kiyevdə dünən və ötən gün polis və nümayişçilər arasında baş verən qarşıdurmalarda ən az 26 nəfər həlak olub.


Dünən gecə saatlarında prezident Viktor Yanukoviç və əsas müxalif liderlər atəşkəs uzlaşması əldə edə bilib.


Yanukoviç yazılı bir şərhdə , ölümlərin dayanması və vəziyyətin sabitliyə qovuşdurulması üçün "müzakirələrin " başlayacağını söyləyib.


Lakin Kiyevdəki BBC müxbiri Daniel Sanford , atəşkəs qərarının alındığı yığıncağa etirazçılardan heç kəsin qatılmadığına diqqət çəkir və ehtiyatlı olmaq lazım olduğunu söyləyir.

Görüşlərdə əvvəl Fabius tərəflərə dialoq çağırışı edib və şiddətin qəbul edilməz olduğunu söyləyib.

Üç nazir daha sonra Brüsselə gedib , Ali nümayəndə Katherine Aşton və digər xarici işlər nazirləriylə görüşəcək.


Sizin Reklam Yeriniz