news Image
2014.02.20
11:18
| A A A
Atəşkəs yenidən pozulub
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən Movqe. az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 10 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.