news Image
2014.02.20
11:52
| A A A
62 insan alveri qurbanına yardım göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 2013-cü il ərzində 62 nəfər insan alveri qurbanına müvafiq yardım göstərilib. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 44 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi, 18 nəfəri isə müxtəlif QHT-lər tərəfindən Mərkəzə yönləndirilib. İnsan alverinin qurbanı olmuş şəxslərdən 11 nəfəri münasib işlərlə, 7 nəfəri sığınacaqla, 2 nəfəri maddi, 8 nəfəri psixoloji və 6 nəfəri hüquqi yardımla təmin olunub, 3 nəfəri peşə hazırlığı kurslarına cəlb edilib. Digərlərinin də cəmiyyətə reinteqrasiyası və  sosial reabilitasiyası istiqamətində aidiyyatı üzrə tədbirlər görülüb.

Mərkəz insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı məlumatlılığın artırılması və insan alverinin qarşısının alınması məqsədilə ölkənin müxtəlif regionlarında maarifləndirmə işləri də aparıb.