news Image
2014.02.20
15:15
| A A A
Soçidə Pussy Riot qrupuna qamçılı müdaxilə

Qış Olimpiadalarının keçirildiyi Soçidə Rus müxalif rok qrupu Pussy Riot üzvləri , Putin əleyhinə mahnı söylədikləri sırada təhlükəsizlik qüvvələrinin qamçılı və göz yaşardıcı qazla müdaxiləsinə məruz qalıb.


Rusiya Prezidenti Vladimir Putin əleyhinə mahnı oxuyan Pussy Riot üzvləri , Soçidə olimpiadalarda təhlükəsizliyi təmin edən vəzifəli və rəsmi polis statusunda olmayan Kazak təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıb.

Movqe.Az xəbər verir ki,  Kazak təhlükəsizlik gücləri mahnı söylədikləri sırada qrup üzvlərinə qamçıyla vurub. Müdaxilədən sonra bəzi qrup üzvlərinin üzü qan içində qalıb, bəziləri isə yerə yıxılıb. Polis mahnı oxumağa davam etməyə çalışan üzvlərə daha sonra isə gözyaşardıcı qazla müdaxilə edib.


Hadisədən sonra təhlükəsizlik qüvvələri hər hansı bir qrup üzvünü isə nəzarətə almadı lakin bir qrup üzvünün elektro gitarasına əl qoydu.


Qrup üzvlərindən Tolokonnikova isə Tvitterdən etdiyi şərhdə , "Kazak təhlükəsizlik gücləri Pussy Riot qrupu üzvlərinə hücum edib. Qamçı ilə bizə vurdular və "Putin Sənə də Vətənini sevməyi öyrədəcəyik" mahnısını söylədiyimiz vaxt bizə hücum etdilər. 


Qrup üzvlərindən Maria Alekhina və Nadezhda Tolokonnikova bazar ertəsi günü oğurluq etdikləri iddiasıyla nəzarətə alınmış , bir gün sonra isə sərbəst buraxılmışdı .