news Image
2014.02.20
12:30
| A A A
"ÖNCƏQALA (keçmişdə və indi)"

"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü,  RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlıhüseyn Məmmədhüseyn oğlu Şükürovun  "Masallı Rayon İcra Hakimiyyəti"nin Facebook.com/MasallirayonİcraHakimiyyeti səhifəsinə yazdığı məlumata əsasən "ÖNCƏQALA (keçmişdə və indi)" adlı yeni kitab bu yaxınlarda çap edilmişdir. Yazıçı - dramaturq Hacı İbadulla Mirxəlil oğlu Hüseynzadə 1942-ci ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. Uzun illər məktəb direktoru işləyib. Hacının valideynləri islama bağlı, oruc tutub, namaz qılan insanlar olub. Ata-anasının müntəzəm ibadəti, islami ayinlərə lazımi qaydaya riayət edilməsi, kiçik yaşlarından onun ürəyində Ulu tanrıya məhəbbət yaradıb. Sovet quruluşunun islam dininə qarşı kəskin münasibətinə baxmayaraq ürəyində Allaha inam həmişə olub və şagirdlərinə açıq şəkildə olmasa da, hər bir insanın qəlbində Allaha inam hissinin vacibliyini aşılayıb. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. Dövri mətbuatda şeirləri və hekayətləri çap olunub. On bir kitabın "Külək, mənə toxunma", "Danışdır məni, ana", "Tərbiyə beşikdən başlayır", "Hanı əvvəli, sonu bu yolun", "Qaçqın gəlin", "Allah adamı", "Aşuraya gedən yol", "Unudulmaz günlər", "Bir Qəni Bəxtəvər var", "Əməlləri mələklər yazır", Öncəqala ( keçmişdə və indi) nəzm və nəsr əsərlərin müəllifidir. Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş "Ölümümə inanma, Ana" ədəbi-bədii kompozisiya, "Qaçqın gəlin", povesti, "Xocalıdan gələn səslər" pyesi N.B Vəzirov adına Lənkəran Dram Teatrı və Masallı xalq Teatrı aktyorlarının ifasında tamaşaya qoyulmuşdur. "Xocalıdan gələn səslər" tamaşası üçüncü yeri tutmuş, pul mükafatına və diplomuna layiq görülmüşdür. 1999-cu ildə Həcc ziyarətində olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. "Vətən" mükafatının laureatıdır. 4 övladı var.

Ziyarətləri: 1999-cu il Məkkə, Mədinə

Kitabda müəllif Hacı İbadulla Mirxəlil oğlu Hüseynzadə  ata yurdundan məhəbbətlə danişır, deyir ki, ö mür beşikdən başlanır. Nəhəng çaylara körpoə çeşmələr süd verir. Geniş yolların kökü xırda cığırlardır.

Balaca evlərin astanasından böyük Vətən dünyasına düşürük. Doğulduğun ocağıl duymadan yurdu duya bilməzsən. Bizə qanad verən balaca yuvalar var. Ata-ana istəyinə, baba hirsinə və nənə ipəkliyinə, yazın yayın, payızın, qışın rəng və duyğu dəyişimlərini, ana dilimizi və bu duldə oxuduğumuz ilkin nəğmənin xoşbəxtliyini,  görüşlərin fərəhini və ayrılıqların dərdini, beşik başındakı laylaları və qəbirstan yollarını silkələyən ağrıları, yaşamağın sevincini və zəhmətini qiymətini bir sözlə, dünyanın bütün sirlərini bu balaca yuvalarda öyrənmişik. Uzaq ulduzların çağrışından tutmuş torpağdan zorla seçilən xırdaca çiçəklərin pıçıltısına qədər min bir dildə danışan təbiəti də burada sevmişik.

-Hissimizdə təmizlik, ağlımızda kəsər, xəyalımızda qanad varsa, ata ocaqlarına borcluyuq!

İndi mən ata ocağından, ümmün sirri açan damladan, ruhuma qanad verən bir

yuvadan, Öncəqaladan danışmaq istəyirəm. - Mirabdulla müəllim ardınca belə yazır.

Bu doğrudan da belədir. 

Sonra kitab müəllifi öncəqalalıların Böyük Vətən və Azərbaycanın Dağlıq Qarabağ müharibəsindəki şücaətini ğeyd edir, əmək, zəhmət, pedaqoji və s. sahələrdəki fəaliyyətini bir - bir qeyd edir, adlı siyahısını ğöstərir.

 Kitab doğma yurda məhəbbətlə qələmə alınmışdir.Hiss olunur  ki, müəllif əbədi yaşayacaq bu ərmağanı çətinliklə, əzablı gecələrlə ərsəyə gətirib.Yoxsa insan arifi, əslən öncəğalalı, məçhur "91-lər"-dən biri  ADPU-nun fiziologiyakafedrasının müdiri,  biologiya elmləri doktoru, professor Ədalət  Fərəcov belə yazmazdı ki, bu (o,həm də  "ÖNCƏQALA (keçmişdə və indi)" yeni kitabının rəyçisidir) dünəndən, bu gündən danışan kitabır.

Baba yurdu müqəddəs əmanətdir! Onu necə qoruyursan, üstündə hansı ürəklə yaşayırsan, öz öz ömrünlə onun ömrünə nə calayırsan? Onun oğlu olmağa layiqsənmi?! Bu sual dolu düşüncələrdən hələ nə qədər duyğular doğur: Ömrün müddətində əcdadımızın sümüyü ilə bərkimiş vətən torpağını lazımınca gəzib dolandınmı, ulu babalarımızın başının üstündə kükrəyən yellərdən heç olmazsa xəbər tutdunmu, kəşməkəşlərlə dolu böyük tariximiz varaqlamağa qanın qaynadımı? çoxdur bu suallar, bu duyğular. Qarşımızdakı kitabə ətə-qana dolduran da bu duyğuların baş qaldırmasıdır. İbadulla müəllim hər vətən övladının qəlbindəki bu doğma marağa güzgü tutmağa çalışıb. İndiyə qədər şeir kitabları ilə oxucularının görüşünə gələn şair bu dəfə ünvanımızı uzun illər boyu müşahidələrdən, duyğu-düşüncələrindən süzülüb durulan Öncəqala kitabı ilə döyür, səsinə səs vermənizi istəyir.

Ona görə də Öncəqala kənd haqqında kitab yazmaq işini öz üzərinə götürmək çətin olduğu qədərdə maraqlı və nəcib işdir. Hacı Mir İbadulla müəllim bu vacib işin öhdəsindən gəlmək üçün xeyli zəhmət çəkməli olacaqdır. Keçmişləri hörmətlə yad etmək kəndin bu gününün keçmişlərlə müqasiyə etmək, onun gələcəyinə böyük ümidlər bəsləmək təbii ki, özünü oxucuların nəzərində doğrulda biləcəkdir. Mir İbadullanın aldığı təhsil, Həcc ziyarətində olması, el arasında möhtəbər şəxs kimi tanınması, böyük zəhmət və fitri istedad sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmış samballı bədii əsərlər yazmağı belə qənaətə gəlməyə əsas verir.

Müəllif əsərdə kəndin keçmişinə dürüst münasibət bildirmişdir. Sanki keçmişlərdə gördüklərimizi yenidən göz önünə gətirə bilmiş və onlara yeni çalar verə bilmişdir. Müəllif haqlı olaraq burada kəndin bərəkətli çöllərini, taxıl zəmilərini, çəltik plantasiyalarını, çəltiyin becərilməsini və s. təsvir edə bilmişdir. O, cümlədən kənd caamatının qaramalının çoxalmasını, atçılıq təsərrüfatına xüsusi əhəmiyyət verməsini sistemli şəkildə təsvir etmişdir. Kəndin təsərrüfatı üçün zəngin təbii imkanları olmuşdur. Əvvəllərdə texniki vasitələr az olduğuna torpağı dərindən çevirmədiyi üçün bitki örtüyü növ müxtəlifliyinə görə daha zəngin olmuşdur. Adamlar quş ovlamaq üçün kəndin

ətrafındakı otlaqlıqlara, yoncalıqlara gedirdilər. İlin yaz aylarında otlaqlardan quş, arxlardan balıq ovlamaq, uşaqların əsas məşğuliyyəti olmuşdur. Kəndin ətrafındakı xüsusi hövzəsinin (istiliyin) həmişə qorunub-saxlanılması əkinçiliyin, ilk növbədə çəltik əkinin, həmçinin də maldarlığın inkişaf

etdirilməsinin əsasını təşkil etmişdir. Bu fikirləri vaxtilə gördüklərimə və kitaba istinad etməklə yazıram.

Burada ilin fəsilləri bir-birindən fərqlənir. Yəni yazın öz gözəlliyi, onun əkilmiş payızlıq tarlalara qulluq olunması, becərilməsi yazda yeni əkinlərin aparılması üçün bütün təbii imkanların mövcudluğu diqqəti cəlb edir. 1917 1920-ci illərin oktyabr inqilabının fəsadları Öncəqala kəndindən də yan keçməmişdir. Xüsusilə, 1936-cı ilədək kollektiv təsərrüfatın yaradılması bunu üçün imkanlı ailələrin mal-qarasının bir hissəsi onlardan alınıb kolxoza

verilmişdir. Həyatyanı sahələr müstəsna olmaqla kənd caamatının torpaqları onlardan alınıb ümumi istifadəyə verilmişdir. Bütün bunlar kənd təsərrüfatına maldarlığa böyük ziyan vurmuşdur.

İkinci dünya müharibəsi kitabda yazıldığı kimi Öncəqala kəndi üçün də çox dəhşətli olmuşdur. Kənddən 110 nəfər müharibəyə getmiş, onlardan yalnız 53 nəfəri salamat qayıda bilmişdir. 57 nəfəri müharibədə həlak olamasıdır.

1950-1960-cı illərdə kənddə təhsil, abadlıq işlərinə diqqət artmışdır. Kənd məktəbində getdikcə ancaq kəndin özündən olan yüksək ixtisaslı müəllimlər dərs

demişlər. Ali təhsili aqronomlar, mühəndislər, həkimlər nəsli formalaşmışdır. Yeri gəlmişkən qeyd edim ki, bu sətirlərin müəllifi  Ədalər Nurulla oğlu Fərəcov 1936-cı ildə Oncagələ kəndində anadan olub. O, Qarğalıq kəndindəki Məşədi Baloğlanın ikimərtəbəli evində yerləşən yeddi illik məktəbi bitirdikdən sonra Masallı .ədər 1 saylı məktəbdə orta təhsil alıb. 1956-cı ildə ADPİ-nin kimya-biyologiya fakültəsinə qəbul edilib.

İnstitutu fərqlənmə diplomu ilə başa vurub. Ədalət müəllim 1963 -cü ildə təyinat üzrə institutda saxlanılıb.

1964-cü ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1990-1995-ci illərdə institutun hərbio kafedrasınınm dekanı olub. Hazırda APDU-nun fiziologiya kafedrasının müdiridir.

Ə. Fərəcovun 200-dən çox elmi məqalələri var. Məqalələri İsrail, Almaniya, Türkiyə, İran, İspaniya, Fransa və bir çox başqa ölkələrin yüksək nəşrlərində çap edilib. Polşa İtaliya, Hollandiya, İngiltərə, Yaponiya və digər ölkələrin alimləri ilə elmi əməkdaşlıq edir. Ə.Fərəcovun adı Beynəlxalq Biologiya Cəmiyyətinin Kembric Universitetinin elmi mərkəzi tərəfindən XX əsrin görkəmli alimlərinin siyahısı dərc olunmuş kitaba

salınıb. Kembric Universitetinin Biologiya Mərkəzi biologiya elmində qazandığı uğurlara görə Ə.Fərəcovu gümüş medalla təltif edib. Uzun müddət Azərbaycan Televiziyası və Radiosunda "İnsan və onun sağlamlığı"

verlişinin aparıcısı olub Ə.Fərəcov ali məktəb tələbələri üçün nəzərdə tutulmuş "Fiziologiyadan laboratoriya məşğələri", "Biofizikadan laboratoriya məşğələləri" kitablarının müəllifidir. Orta məktəbin IX sinif şagirdləri üçün

hazırlanmış "Biologiya" (insan) dərsliyinin həmmüəlliflərindən biridir.


ƏLİHÜSEYN ŞÜKÜROV.