Əlaqə Arxiv
news Image
2014.02.20
18:29
| A A A
BDU-dan tələbələrin aksiyasına cavab gəldi

Daha ətraflı izahatların verilməsi məqsədilə sabah tələbələrin rektorla görüşü planlaşdırılıb

Bakı Dövlət Universitetindən kəsri olan tələbələrdən kredit üçün əlavə pul tələb edilməsinə qarşı yönələn etiraz aksiyasına cavab gəlib. 


Universitetin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, BDU tələbələrinin bir hissəsi etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub: "Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub.


Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib.


Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb", - deyə açıqlamada deyilir.

Sizin Reklam Yeriniz