Əlaqə Arxiv
news Image
2014.02.20
19:00
| A A A
Bakının mənzil bazarında qiymətlər (SİYAHI)
Paytaxtın Sovetski adlanan ərazisində evlərin sökülməsi daşınmaz əmlak bazarında qiymət artımına səbəb olub. Artıq kompensasiyaların paylanması və söküntüyə start verilməsi daşınmaz əmlak bazarında qiymətləri artırıb. Son bir ay ərzində paytaxt və ətraflarda qiymətlər 20 faizdək coxalıb.
Tələbatın artması qiymətlərdə də əksini tapıb. Bazarda təklif olunan mənzilin 1 kvadrat metrinin orta qiyməti 14 69 manatadır. Amma evlərin qiymtləri müxtəlif zonalar üzrə dəyişib. Məsələn Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər 5,56 faiz artaraq hər kvadrat metr ucun 2070 manat olub. 2-ci zonada 3,1% bahalşma ilə 1617manat, 3 cü zona da 1,59% çoxalma ilə 1200 manatdır. Ən sürətli bahalaşma 4-cü zonada müşahidə olunur 12,5% və hər kvadrat metrə görə 815 manat. Ən çox qiymət artımı olan ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını aid etmək olar. Mütəxəssislər il ərzində daşınmaz əmlak bazarında qiymətlərin yüksələcəyinni proqnozlaşdırır Çünki sökülən evlərə görə təxminən 10 min ailəyə kompensasiya verilməlidir. Bununla da yeni evlərə olan təlabat ən azı bu qədər artacaq. belə bir vəziyyətdə evələrin bahalaşması qaçılmazdır. Qarşıdakı ilk iki ay ərzində evlərin kirayə qiymətinin də bahalaşması gözlənilir. Çünki evləri sökülən vətəndaşlar yeni ev axtaran zaman kirayə mənzil tutmaq məcburiyyətində qalır. Bundan başqa Sovetskinin sökülməsi ilə başlayan bahalaşma prosesi tikinti materialları bazarında qiymət dəyişikliyinə səbəb olacaq.. çünki yeni alınan evlər adətən təmirsiz olur. bu insanlar da bazara üz tutacaq.
Sizin Reklam Yeriniz