news Image
2014.02.20
19:18
| A A A
Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb
Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan olunmuş ərizə qəbulunun müddəti 21 fevral saat 12:00-dək uzadılıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, bakalavrlar həmin vaxta qədər elektron ərizələrini doldurub təsdiq etməlidirlər.vQeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu fevralın 11-də başlayıb və bu gün saat 17:00-da başa çatmalı idi. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra  nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar. Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.