Əlaqə Arxiv
news Image
2014.02.21
11:24
| A A A
Moskvada cinayətkalıqda təqsirləndirilən iki azərbaycanlı yaxalanıb

Rusiya Federasiyasının Moskva vilayətində beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvləri olan, bir sıra ağır və xüsusilə ağır cinayətlərdə ittiham edilən 26 və 32 yaşlı Azərbaycan vətəndaşları yaxalanıb.


APA-nın Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qrup üzvləri Moskva vilayətində soyğunçuluq məqsədilə basqınlar törətməkdə, o cümlədən Dedovsk şəhərində mobil rabitə salonuna, Dedovsk rayonunda şəxsi evə, eləcə də bank şöbəsinə basqın etməkdə ittiham olunurlar.  

 

Aparılan operativ tədbirlər nəticəsində qrup üzvlərindən biri "Vnukovo" hava limanında, digəri isə Moskvada müvəqqəti yaşadığı evdə yaxalanıb. Onların adları açıqlanmır. Bu şəxslərin Moskva regionunda törədilmiş digər cinayətlərdə rolunun olub-olmadığı araşdırılır.


Sizin Reklam Yeriniz