Əlaqə Arxiv
news Image
2014.02.25
17:30
| A A A
Voleybolçularımızdan təqdirəlayiq hərəkət

Bu gün İstanbulda qadın voleybolçulardan ibarət Bakının "Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində "Fənərbaxça" klubu ilə üz-üzə gələcək. Movqe.az xəbər verir ki, Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq ölkəmizi təmsil edən "Azəryol" kamandasının voleybolçuları meydana qollarında qara sarğı ilə şıxacaqlar. Məqsəd bu dəhşətli faciəni dünya ictimayyətinin diqqətinə bir daha çatdırmaqdır. Stadionda isə bütün tamaşaçılara "Xocalıya Ədalət" yazılmış köynəklər paylanacaq. Oyun Bakı vaxtı ilə saat 19-da başlayacaq. Qarşılaşmanın hakimləri fransız Yaniç Kaladay və bolqar İvaylo İvanovdur. Qarşılaşmanın cavab oyunu martın 1-də Bakıda baş tutacaq.

Sizin Reklam Yeriniz