news Image
2012.04.06
01:40
| A A A
Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin E L A N I

Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin E L A N I 

Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

 Müsabiqənin mövzusu

"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspiktivlər"  Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il  müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində)  fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1.  Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

5. Qəzetdə dərc olunmuş yazıda "Qaradağ rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi  müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları

1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.  Yazının Elektron variantı (Times New Roman (12)  şriftində -CD diskdə) 1 nüsxə

3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.  Yazıların həcmi :  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə),

Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti ,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN  əsasında açılmış bank hesabı).

Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə       buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 06 aprel 2012-ci il tarixində başlayır , 04 may 2012-ci il tarixdə başa çatır. 

Yazılar rəsmi iş günləri saat  10:00-dan  16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə

I -ci  yer üçün  bir, 

II -ci  yer üçün iki, 

III -cü yer üçün  üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur. Bundan əlavə,  5 yazı  müəllifinə  həvəsləndirici mükafatlar veriləcəkdir.

I   yer -         1 000  manat

II  yer -         800  manat

III  yer -        600  manat

Həvəsləndirici mükafat  -    200  manat

Qaliblər, həmçinin Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  xüsusi diplomu ilə təltif olunacaqlar.

Müsabiqənin nəticələri  mayın 11-dək elan olunacaq.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

Müəllifin adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi:"____"__________ 2012-ci il

Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;

Elektron ünvan : info@kivdf.gov.az , kivdf.info@gmail.com , kivdf@yahoo.com

Sayt : www.kivdf.gov.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs