Əlaqə Arxiv
news Image
2012.04.06
02:48
| A A A
Tonlarla keyfiyyətsiz duz əhaliyə satılır
Qəndin tərkibinə də orqanizm üçün ciddi təhlükə törədən maddələr qatılaraq satışa çıxarılır

Ekoloji problemlərin bütün dünyada getdikcə qabardığı bir vaxtda diqqət mərkəzində dayanan əsas məqamlardan biri təhlükəsiz qida maddələrindən istifadə etməkdir. Lakin təəssüflə qeyd etmək lazım gəlir ki,   bu sahədə vəziyyət yenə bütün dünya üzrə getdikcə pisləşməkdədir.

Əsas səbəb geni dəyişdirilmiş məhsulların çoxalması, iqlim dəyişikliyi torpağın, havanın, suyun çirkləndirilməsi nəticəsində istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin aşağı düşməsidir. Keyfiyyəti aşağı məhsullardan istifadə təbii ki, insan orqanizmi üçün ciddi fəsadlar yaradır. Qeyd olunan problem digər dünya dövlətləri kimi Azərbaycana da xasdır.

Bu gün istifadə etdiyimiz məhsulların heç hamısının yüksək keyfiyyət standartlarına cavab verməməsi danılmaz həqiqətdir. Məsələn, eləgötürək məişətdə geniş şəkildə istifadə etdiyimiz duzları. Təəssüf ki, bu gün hələ bazarlarda  kustar üsulla istehsal olunan tərkibində zəhərli maddələr olan duzlara rast gəlmək mümkündür. Bir çox hallarda  ekzotik qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara təklif olunan bu duzlar texniki istifadəyə belə yaramır. Belə duz markaları respublikanın müxtəlif bölgələrində əhaliyə satılır. Masazır duz zavodu istifadəyə verildikdən sonra keyfiyyətli "Azərduz" markasının satışa çıxarılması yod çatışmazlığı problemini qismən aradan qaldırsa da, bazarda satılan təhlükəli duzlar təhlükə mənbəyi olaraq qalır.

Rəsmi dairələr isə bildirir kibütün dünyada olduğu kimi Azərbaycanda da duzun yodlaşdırılmasının qanun çərçivəsində həyata keçirilir. Duzun keyfiyyəti dedikdə, onun tərkibində olan natrium xlor ionlarının ümumi miqdarı qədər çoxdursa, həmin duz keyfiyyətli sayılır. Kənar maddələrlə qatışığı yoxdursa, daha keyfiyyətli duz hesab olunur. Ekstra duzlar daha keyfiyyətli hesab olunur. Çünki onların tərkibi 99,8%-ə qədər sırf duzdan ibarət olur. Kənar qarışıqlara icazə verilmir. Birinci ikinci növ duzlarda isə müəyyən - 2 faizə qədər kənar qarışığa təsadüf olunur. Ümumilikdə duzun tərkibində dəmirin, civənin, sinkin, misin, maqneziumun s. birləşmiş duzlar şəklində olmasına yol verilmir. Bu qatışıqlar olan duzları istifadə etmək olmaz. Ərazisindən asılı olaraq duzun tərkibində xammal şəklində müxtəlif maddələr ola bilər. Onların da istifadəsinə icazə verilmir. Ən yaxşı duz göllərdən vakuum yolu ilə alınmış duzlar hesab olunur. Satışda olan duzun tərkibində yodun miqdarı 1 kiloqrama 50 milliqram hesabında olmalıdır. Bir ton duza 60 qrama yaxın kalium yodu əlavə olunur. Azərbaycanda yodlaşdırılmamış duzun bazara buraxılması qəti olaraq qadağandır.

Lakin qeyd olunduğu kimi belə məhsullara hələ bazarlarda rast gəlmək olur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, Azərbaycanda yodsuz duzun istehsalı istifadəsi ilə bir neçə ildir ki, mübarizə aparılmasına baxmayaraq belə hallar hələ davam edir. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində yodsuz duzların istifadəsi azalıb 3 il bundan əvvəlki 75%-dən 15%-ə düşüb, amma pozuntular hələ qalır: "Bu gün Qaradağ duz gölündən onun yaxınlığında yerləşən Buta duz gölündən hər gün təqribən 10 ton duz toplanıb respublikanın müxtəlif yerlərinə daşınır təmizlənmədən əsasən çörəkbişirmə, konservləşdirmə, südməhsullarının istehsalı sənayesində istifadə olunur". Ekspert deyir ki, satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən müxtəlif mənbə çirkli göllərdən toplanan duzların hesabına istehsal olunur.

Yodsuz duzların insanlarda bir sıra xəstəliklərə səbəb olduğunu deyən  AİB rəhbəri bildirib ki, təşkilat Buta gölündə apardığı monitorinqin nəticələri ilə bağlı çoxsaylı dövlət qurumlarına - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya Patentləşdirmə üzrə Dövlət Komitəsinə, eləcə Baş Prokurorluğa rəsmi müraciət edib. Hazırda ölkənin ticarət məntəqələrində satılan yodsuz duzların markalarını açıqlayan E.Hüseynov bu duzların satışının qadağan edilməsi barədə müraciətlərinin cavabsız qaldığını bildirib: "Belə duzların bəziləri həddən artıq baha qiymətə - kiloqramı 30 manata satılır".

Təşkilat sədri yodsuz duzların əsasən süd məhsulları istehsal edən zavodlarda istifadə olunduğunu bildirib: "Bunu onunla əsaslandırırlar ki, guya yodlu duz südü korlayır. Bu fikir həqiqətəuyğun deyil". E.Hüseynov AİB-ninbununla bağlı araşdırma apardığını yaxın vaxtlarda belə süd zavodlarının adlarını ictimaiyyətə açıqlayacaqlarını bildirib.

Naxçıvandan gətirilən duzlarda da problemlərin olduğunu bildirən E.Hüseynovun sözlərinə görə, bəzən bu duzların tərkibinə daş duzlar qatılaraq minerallar kimi qələmə verilir, amma bu da keyfiyyətsiz əlavələrdir: "Hələlik ölkədə yeganə keyfiyyətli duz istehsalçısı Masazırda fəaliyyətə başlamış "Azərduz" müəssisəsidir".

Təşkilat rəhbəri qənd istehsalında da ciddi pozuntuların olduğunu, qəndin tərkibinə orqanizm üçün ciddi təhlükə törədən maddələrin qatıldığını bildirib: "Bizdə olan məlumatlara görə, qənd sexlərində qəndi ağartmaq üçün insan həyatına təhlükəli olan "Sodium Hydrogen sulphide" adlı maddədən geniş istifadə olunur".

Malların etiketində bu barədə məlumatların göstərilmədiyini bildirən E.Hüseynovun sözlərinə görə, hələlik AİB bu maddəni ekspertiza etmək üçün əldə edə bilməyib: "Çünki istehsalçılar onu çox gizli saxlayırlar. Bu maddə insanlarda görmənin zəifləməsinətənəffüs yolu xəstəliklərinin xərçəngin yaranmasına səbəb olur".

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz