Əlaqə Arxiv
news Image
2014.03.01
09:36
| A A A
Azərbaycan Krıma aviareysləri bərpa edir

Bakı-Simferopol aviareysləri yenidən bərpa olunacaq.


Aviareyslərin martın 22-dən yerinə yetirilməsinə başlanacaq.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Hava Limanından bildirilib.

Məlumata görə, Ukraynada son vaxtlar baş verən hadisələrə baxmayaraq, bu ölkəyə uçuşlarda problem yaranmayıb. Yeni Bakı-Simferopol aviareysləri həftədə bir dəfə bazar ertəsi günü saat 08:30-da yerinə yetiriləcək.

Qeyd edək ki, Türkiyənin "Atlasjet Havayolları"na məxsus İstanbul-Simferopol istiqamətində uçan təyyarəsi dünən Krımda baş verən məlum hadisələrlə əlaqədar enə bilməyib və geri dönüb.

Silahlı qruplaşmalar Krımın paytaxtı Simferopolu və Belbek hava limanını ələ keçiriblər.

Sizin Reklam Yeriniz