news Image
2014.03.01
10:44
| A A A
Kazan-Bakı aviareysi açılır

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya aviareys açılır. Uçuşları "Utair" aviaşirkəti "Boeing 737-500" təyyarəsi ilə həyata keçirəcək.

"APA-Economics"in məlumatına görə, Tatarıstanın paytaxtından Bakıya uçuşlar hər həftənin cümə axşamı saat 13:30-da yerinə yetiriləcək. Bakıdan Kazana isə təyyarə 08:30-da qayıdacaq.

Təyyarədə ekonom və biznes siniflər olacaq. Biletin qiyməti təxminən 142 manat təşkil edir.

"Utair" aviaşirkəti xəbərdarlıq olmadan biletin qiymətini dəyişmək hüququnu özündə saxlayıb.