news Image
2014.03.01
12:59
| A A A
Şalvarsız aksiyaya görə, polis metronu nəzarətə aldı- Fotolar
Polis metro stansiyalarını nəzarət götürüb. Səbəb isə dünən gənclərin martın 1-də, yəni bu gün "metroda şalvarsız səyahət" aksiyası keçirəcəkləri haqda məlumat yaymalarıdır. 

Virtualaz.org saytının metro stansiyalarında müşahidə aparan əməkdaşı xəbər verir ki, gənclərin xüsusilə aksiyanı keçirəcəklərini dedikləri "28 May", "Gənclik" və "Sahil" stansiyaları ciddi polis nəzarətindədir. Hər stansiyada onlarla polis əməkdaşı yerləşdirilib. Hətta keçidlər belə polis nəzarətindədir.Polis əməkdaşları adlarını qeyd etdiyimiz satansiyalar üzrə qatarlarda da hərəkət edirlər. "İçərişəhər"dən "Gənclik" stansiyasına hərəkət edən qatarların hər bir vaqonunda ən azı bir polis əməkdaşı var.Qeyd edək ki, "Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. "Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir.Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara "bu gün şalvarımı evdə unutmuşam", "geyinməyə vaxt çatdırmadım", "şalvarımın üstünə kofe dağılıb" və s. kimi cavablar verirlər.