Əlaqə Arxiv
news Image
2014.03.01
13:01
| A A A
Elnur Aslanov nurçuluqda ittiham olunmasından danışdı
Ölkənin bəzi media qurumları son vaxtlar Azərbaycanda fəaliyyət göstərən dini cərəyanları heç bir fakt və dəlil göstərmədən rəsmi şəxslərin adı ilə bağlayır, açıq-aşkar qarayaxma kampaniyası aparır. Bununla bağlı AR Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyanatla çıxış edib: 

"Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət- antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır. Mənim ünvanıma və ali hakimiyyət orqanlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna hər zaman sadiq, cənab Prezident İlham Əliyevə sədaqətlə çalışan bir sıra dövlət məmurlarına qarşı çirkin iftiralar, nurçuluq adlanan dini təriqətlə bağlamağa cəhdlər xəstə təxəyyülün məhsuludur, tamamilə əsassızdır.Şəxsi maraqlarından uzağa gedə bilməyənlər dərk etməlidir ki, Azərbaycanda "siyasi əfsanələr" dövrü çoxdan bitib, cəmiyyət nağıllarla reallığı ayıracaq qədər ayıq-sayıqdır. Onlara ciddi işlərlə məşğul olmağı tövsiyə edərdim.Peşəkar jurnalistika prinsiplərinə hörmət edərək dəqiqliyinə əmin olmamış, yoxlanılmamış məlumatları yaymayan media təmsilçilərinə də təşəkkür edirəm".

Bakupost

Sizin Reklam Yeriniz