news Image
2014.03.01
13:27
| A A A
Unutqanlığın sadə üsulla müalicəsi
Aparılan tədqiqatlar zamanı bəlli olub ki, yaşıl çayın unutqanlığa, beyin funksiyalarındakı pozğunluğa təsiri olduqca çoxdur.

Mütəxəssislər müəyyən ediblər ki, unutqanlığın yaranma səbəbləri işlərin çoxluğu, depressiya halları, müxtəlif problemlərdir.

Bu problemin həlli üçün müasir dövrdə müxtəlif üsullar olsa da, onunən asan yolu isə yaşıl çaydan istifadədir.

Aparılan tədqiqatlar zamanı bəlli olub ki, yaşıl çayın unutqanlığa, beyin funksiyalarındakı pozğunluğa təsiri olduqca çoxdur. Beləki, yaşıl yarpaqlı bitkilərdəolan antioksidantlar, A vəC vitaminləri, dəmir vəkalsium kimi yaddaşı qüvvətləndirən komponentlərin yaşıl çayda olduğu bildirilir.

Yaşıl çayda olan antioksidantlar sinir hüceyrələrindəqocalmakimi narahatlıqların qarşısını almaqdaəhəmiyyətli hesab olunur. Bu baxımdan da tədqiqatçılaryaddaş problemləri yaşayanlara gündə1 stəkan yaşıl çay içmələrini məsləhət görürlər.