news Image
2014.03.01
14:10
| A A A
Nanənin əvəzinə Mətanət
ATV telekanalında Nanə Ağamalıyevanın aparıcılığı ilə yayımlanan "Gün keçir" verilişi bağlanıb.

Axşam.az-ın məlumatına görə, martın 3-dən etibarən həmin vaxt çərçivəsində efirə xəbərlər aparıcısı kimi tanınan Mətanət Əliverdiyeva çıxacaq. Onun təqdim edəcəyi "Gündəlik" adlı veriliş həftə içi beş gün, saat 13:00-da yayımlanacaq.Canlı yayımdayalnız şou-biznesdən yox, digər mövzulardan da bəhs ediləcək. İki saat ərzində tamaşaçılarla bir arada olacaq Mətanət verilişinmaraqlı keçəcəyini iddia edib.