Əlaqə Arxiv
news Image
2014.03.01
16:35
| A A A
Ukraynada yaşayan ruslar və rusdilli əhali Putindən ölkələrinin daxili işlərinə qarışmamağı xahiş ediblər
Onlar Putindən Ukraynanın daxili işlərinə qarışmamağı xahiş edib.

Avaaz.org saytında yerləşdirilən petisiyaya artıq 34 min nəfər səs verib. Ümumilikdə isə 50 min imza toplanması nəzərdə tutulur.

"Biz etnik ruslar və Ukraynanın rusdilli vətəndaşları maraqlarımızın digər dövlətlər tərəfindən müdafiəsinə ehtiyac duymuruq. Dəstəyinizə görə minnətdarıq, lakin diqqətinizə çatdırmaq istəyirik ki, bizi Ukraynada heç kim və heç vaxt satmayıb", - deyə sənəddə vurğulanıb.

Petisiyaya imza atanlar həmçinin Putindən Ukraynanın daxili işləri ilə bağlı məsələni Rusiyanın dövlət səviyyəsinə qaldırmamağı xahiş edib.

"Xüsusən də sizin gördüyünüz, lakin bizim görmədiyimiz münaqişənin həlli üçün Ukraynaya qoşun yeritmək lazım deyil. Anlayışa görə təşəkkürlər", - deyə sənəddə qeyd olunub.

Sizin Reklam Yeriniz