Əlaqə Arxiv
news Image
2014.03.01
16:49
| A A A
Azərbaycan prezidenti bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.Dövlət başçısının təbrik məktubunda deyilir:

"Bolqarıstanın milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm".

Sizin Reklam Yeriniz