news Image
2014.03.01
18:15
| A A A
Bakı-Qazax yolunda dəhşətli qəza: 4 ÖLÜ, 1 YARALI

Bakı-Qazax yolunun 72-ci kilometrliyində 4 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhəri istiqamətdə hərəkətdə olan Eşqin Salamzadənin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Tahir Həsənovun idarə etdiyi "QAZEL" markalı yük maşını toqquşub.

Zərbənin gücündən "VAZ 2106" markalı avtomobilin sürücüsü, 22 yaşlı Eşqin Salamzadə, onun bacısı 24 yaşlı Lamiyə Salamzadə, digər sərnişin, 24 yaşlı Mahmud Musaquliyev hadisə yerində keçiniblər. Deformasiyaya uğrayan "VAZ-2106" markalı maşında olan şəxsləri FHN-nin xilasedici qrupu çıxarıb. "QAZEL"in sürücüsü, 62 yaşlı Tahir Həsənovu Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yük maşınında olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada xəsarət alan və ölənlər Ağstafa rayon sakinləridir.