news Image
2014.03.01
22:16
| A A A
Putin Ukraynaya qoşun yeridir
Hazırda Rusiya ordusunun hərbi kolonnası Ukraynanın Zaporojye vilayəti ilə irəliləyir. ANS PRESS-in məlumatına görə, bu barədə yerli mətbuat öz mənbələrinə istinadən yazır. Mənbə həmçinin bildirir ki, Rusiya hərbçilərinin kolonnası Çonqar yarımadasından keçərək Zaporojye vilayətinə daxil olub. Mənbə əlavə edib ki, Kiyevdəki siyasi rəhbərlik bu faktdan xəbərdardır, amma heç bir tədbir görmür.Vladimir Putin ictimai-siyasi vəziyyəti sabitləşənə kimi Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrindən istifadəyə icazə vermək üçün Federasiya Şurasına müraciət edib. APA TV-nin UNİAN-a istinadən yaydığı məlumata görə, müraciətdə bildirilir ki, Ukraynada son dərəcə ağır vəziyyət yaranıb: "Bu vəziyyət Ukraynada yaşayan soydaşlarımız, həmçinin Krım Muxtar Respublikasında dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin şəxsi heyəti üçün təhlükə törədir. Bu səbəbdən Federasiya Şurasından ictimai-siyasi vəziyyət normallaşana kimi Ukraynada Silahlı Qüvvələrimizdən istifadəyə icazə vermək barədə müraciət edirəm".

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Krımda vəziyyəti stabilləşdirmək üçün Ukraynaya hərbi kontingent yeridiləcəyini istisna etməmişdi.