Əlaqə Arxiv
news Image
2014.03.01
21:59
| A A A
Ukraynalılar Rusiyaya qaçmağa başlayıb

Rusiyada sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı kəskin artıb.Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) bəyanatında bildirilir ki, məsələ ilə bağlı Ukrayna dövlət orqanlarına məlumat verilib.ANS PRESS-in məlumatına görə, bu barədə FMX-nin vətəndaşlıq məsələləri üzrə idarə rəisi Valentina Kazakova açıqlama verib."Ukraynada baş verən qarşıdurmalar fonunda bu ölkənin vətəndaşlarının Ruiya Federal Miqrasiya Xidmətinə müraciətləri kəskin artıb. Onlar Rusiyadan sığınacaq istəyirlər. Hər gün müraciətlərlə bağlı monitorinqlər aparırıq. Göstəricilər təsəlliverici deyil. Son iki həftədə 143 min Ukrayna vətəndaşı bizə müraciət edib. İnsanlar ölkədə baş verənlərdən çox təşvişə düşüb", deyə V.Kazakova bildirib.Onun sözlərinə görə, müraciətlərin arasında Ukrayna hüquq mühafizə orqanlarının əməkdaşları da çoxluq təşkil edir: "Onlar Ukraynada yeni qurulan hökumətin hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılması istiqamətində radikal addımlar atacağından ehtiyat edir".

Sizin Reklam Yeriniz