news Image
2014.03.01
22:30
| A A A
Ukraynaya səfərbərlik çağırışı
"UDAR" partiyasının lideri Vitali Kliçko Rusiyanın Ukraynaya qoşun yeritmədisi ilə bağlı ölkədə ümumi səfərbərlik elan edilməsinə çağırış edib. 

"Qafqazinfo" Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib.Kliçko həm də Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi təklif edib. Qeyd edək ki, bir az öncə Rusiyanın Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərar verib.