Əlaqə Arxiv
news Image
2014.03.01
22:41
| A A A
Rusiya Federasiya Şurası ABŞ-dakı səfirin geri çağırılması ilə bağlı prezident Vladimir Putinə müraciət edib
Rusiya Federasiya Şurası ABŞ-dakı səfirin geri çağırılması ilə bağlı prezident Vladimir Putinə müraciət edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın ünvanına hədələyici fikirlər səsləndirməsi rus xalqına qarşı hörmətsizlikdir: "ABŞ prezidenti bildirib ki, Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə hesab verməli olacaq. Fikrimcə, bu bəyanat rus xalqına qarşı hörmətsizlikdir. Ona görə də, Rusiya Federasiya Şurası prezident Vladimir Putinə ABŞ-dakı səfirimizin geri çaırılması ilə bağlı müraciət edib. Qərarı Rusiya prezidenti verəcək".Qeyd eək ki, Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsi ilə bağlı Vladimir Putinin müraciətinə müsbət cavab verib. Bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edilib.
Sizin Reklam Yeriniz