news Image
2014.03.02
11:11
| A A A
Kanada Ukraynaya görə Rusiyadakı səfirini geri çağırdı
Bu barədə qərarı Kanadanın baş naziri Stiven Xarper açıqlayıb Kanada Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyadakı səfirini geri çağırıb. Movqe.az-ın məlumatına görə, Kanadanın baş naziri Stiven Xarper rəsmi Ottavanın Rusiyadakı səfirini geri çağırması barədə qərarı elan edib. Hökumət başçısının bu bəyanatı Kanadanın Nazirlər Kabinetinin fövqəladə iclası bitdikdən sonra açıqlanıb. S.Xarper həmçinin bəyan edib ki, Kanada Rusiyanın sədrliyi ilə iyun ayında keçiriləcək "böyük səkkizliklər"in iclasında iştirak etməmək niyyətindədir.