Əlaqə Arxiv
news Image
2014.03.02
12:50
| A A A
Göyçayda amansız qətliyam

Dəhşətli hadisə Göyçay şəhərinin Xətai küçəsi, 22 ünvanında yerləşən mənzildə qeydə alınıb.

Qonşular bu gün saat 16:00 radələrində ev sahibi Quliyev Ağasəf Xəlil oğlunun və onun həyat yoldaşı Quliyeva Afət Əfəndi qızının meyitlərini yaşadıqları mənzildən tapıblar. Onlar dərhal Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər.

Rayon Polis Şöbəsindən "XəzərXəbər"ə verilən məlumata görə,hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Ər və arvadın qan içində olan meyitləri rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Təxminən 60-70 yaşlarında olan qadın və kişinin üzərində çoxsaylı xəsarətlər və zorakılıq əlamətləri aşkar edilib, evdəki əşyaların dağıdıldığı məlum olub. Ailə üzvlərinin nə vaxt, necə və hansı səbəbdən öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz