Əlaqə Arxiv
news Image
2014.03.02
12:34
| A A A
Obama qaçdı - Video
Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama və vitse prezident Cou Bayden Ağ Evdə qaçaraq dövrə vurublar. Obama bunu həyat yoldaşının kampaniyasına dəstək məqsədilə edib.Amerikanın birinci xanımı Mişel Obama piylənməyə qarşı 2010-cu ildən geniş kampaniyalara başlayıb. "Gəlin hərəkət edək" (Let`s move) şüarı altında keçirilən kampaniyanın artıq 4 yaşı tamam olur.

Bir müddət əvvəl Mişel Obama Amerika xalqından idman etdikləri anları videoya çəkib sosial şəbəkələrdə paylaşmağı xahiş etmişdi. Əgər kifayət qədər video toplanarsa o, prezident Barak Obamanın da idman hərəkətlərinin videosunun nümayiş etdiriləcəyinə söz vermişdi.

Mişel Obamanın bu çağırışına uşaqlar, ictimai birliklər, idmançıları və hətta müğənnilər də qoşulub. Yüzlərlə videonun paylaşımından sonra kampaniyaya prezidentin də videosu əlavə olunub. Kadrlarda Barak Obama və Bayden ağ evdə qaçaraq dövrə vurur. Bir müddət qaçdıqdan sonra onlar divara söykənərək idman hərəkərləri də edirlər. Sonda isə yorulan prezident və Bayden su içir.
Sizin Reklam Yeriniz