Əlaqə Arxiv
news Image
2012.06.12
13:31
| A A A
Dünya Azərbaycanı yenidən kəşf etdi

Movqe.Az xəbər verir ki, Qafqaz Media Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakıda keçirilən 57-ci Eurovision mahnı müsabiqəsinə dəstək vermək məqsədilə "Eurovision- 2012"nin ünvanı -Azərbaycan: tanıtım tədbirlərinin həyata keçirilməsi" layihəsini icra edib. Layihənin məzmunu bu əhəmiyyətli tədbir ərəfəsində Azərbaycana gələn turistər arasında ölkənin turizm potensiallı, tarixi, mədəniyyəti barədə geniş məlumat yayamaq olmuşdur. Bu məqsədlə turistlər arasında ingilis dilində hazırlanmış 5 min buklet və 2 min ədəd dvd disk yayılmışdır. Layihə çərçivəsində 15-dək ingilis dilində qısa video çarx hazırlanmış və ölkənin bu mötəbər mahnı müsabiqəsinə neçə hazırlaşması ilə bağlı dünya ictimaiyyətinə məlumatlar çatdırılmışdır.

Layihə rəhbəri Anar Oucov deyir ki, bu video çarxlarda yerli əhali ilə yanaşı Bakıda olan onlarla turistin də fikirləri öyrənilmiş və sujetlər internetə yükləndikdın sonra da izləyicilər çox maraqlı şərhlər yerləşdirmişlər: "Turistlərin əksəriyyətinin fikri belə idi ki, onlar gəlməzdən öncə Bakını tamailə fərqli təsvir edirmişlər və burda fərqli şəhər görüblər. Əsasən də Azərbaycan xalqının qonaqlatra olan mehriban münasibəti və ünsiyyəti, son illər Bakının xarici görünüşünün çox dəyişməsi, çoxsaylı əyləncə və istirahət yerlərinin olması onlarda ciddi təəsüratlar oyadldı. Bütün bu elementlər məncə Azərbacanı onlara sevdiridi. Maraqlı bir məqam da çəkilən video çarxların internetə yerləşdirilməsindən sonra onlara yazılan şərhlərə bağlıdır. Bir çox xarici ölkələrdə qeydiyyatı olan istifadəçilər Azırbaycanı zəngin mədəniyyət ölkəsi kimi xarakterizə edirdilər. Hətta Ermənistanla müqayisə aparanlar da olur – "Bura mədəniyyət ölkəsi olan Azərbaycandır, Ermənistan deyil" və ya "Dünya Azərbaycanı indi kəşf edir, bu ölkə inkişaf edib, ermənilər isə siyasətlərini regionda ancaq konflikt üzərində qururlar" və s. Bu tədbirin ölkəmizdə keçirilməsi və uğurla başa çatmazı çox müsbət haldır. İndi əsas məqsəd bu müsabiqədə əldə edilmiş naliyyətləri qorumaq olmalıdır".

Layihə çərçivəsində görülən işlərin daha da davamlı olmasının vacibliyini vurğulayan A. Orucov əsas naliyyətlərdən birinin də ölkə vətəndaşlarının təfəkküründə baş verən  dəyişiklik olduğunu qeyd edir: "İnsanlarımız təkcə Avropanın inkişaf etmiş ölkələrinin sakinləri kimi geyinməməlidirlər, həm də o ölkələrin mədəniyyətləri ilə tanış olmalıdırlar, ordakı təhsil səviyyəsinə çatmağa cəhd etməlidirlər. Biz milli düşüncəmizi qorumaqla nə qədər çox Avropa davranış mədəniyyəti ilə tanış olsaq Qafqazda o qədər də üstün mövqe tutacayıq".

Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası "Eurovision-2012" mahnı müsabiqəsi  çərçivəsində yeddi QHT-nin layihəsini maliyyələşdirib. Bu layihələrin həyata keçirilməsinə 45 min 500 manat vəsait xərclənib.

Sizin Reklam Yeriniz