Əlaqə Arxiv
news Image
2014.03.02
14:54
| A A A
Ərdoğan Rza Zərrabın azadlığından danışdı
Ərdoğan barəsində yayılan gizli telefon danışıqlarının montaj olması xəbərlərinə də aydınlıq gətirib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanhəbsdən şərti azadlığa buraxılan Azərbaycan əsilli iş adamıRza Zərrabın haqqında danışıb. R.T.Ərdoğan Rza Zərrabın məhkəmə prosesinin davam etdiyini deyib:

"Rza Zərrabı təxliyyə etdilər. Amma onun məhkəmə prosesi hələ davam edir. O, sadəcə məhbus kimi qalmadı. Onun təxliyyəsinə baxmayaraq proses hələ davam edir. Barəsində olan Xüsusi Təyinatlı Məhkəmə qərarı ləğv edildi".

Ərdoğan barəsində yayılan gizli telefon danışıqlarının montaj olması xəbərlərinə də aydınlıq gətirib. O, qeyd edib, oğluBilal Ərdoğanla aralarında keçən gizli telefon danışıqlarına görə məhkəməyə müraciət edəcək: "Bizimkilərin indiki halını 10 il əvvəlcədən aşkar etsəydik, təbii ki, davranışım başqa olardı. Hazırda vəkillərlə bu istiqamətdə iş aparılır. Dinləmələrdə iştirak edən hakimləri məhkəməyə verəcəm. Mənim fikrimcə, dinlənilən hər kəs məhkəməyə müraciət etməlidir".
Sizin Reklam Yeriniz