news Image
2014.03.02
16:25
| A A A
İran gəmisi Oman dənizində batdı
İran bayrağı ilə üzən bir balıqçı gəmisi Oman dənizində batıb, göyərtəsindəki 13 nəfər heyət üzvünü Pakistanın Hərbi Dəniz Qüvvələri xilas edib.

Bunu İranın Sistan və Bəlucistan əyalətinin gəmiçilik idarəsinin rəhbəriSiyavuş Rizvanibu gün deyib.Bu barədə MEHR agentliyi məlumat verir.

Rizvaninin sözlərinə görə, gəmi ötən gün Kənarək limanından Oman dənizində balıq tutmaq üçün çıxıb və dənizdə naməlum bir şeyə çırpınaraq batıb.

Rizvani əlavə edib ki, Pakistan HDQ-si iranlı gəmi heyətini xilas edib və onlar bir neçə gün sonra İrana təhvil veriləcəklər.