news Image
2014.03.02
16:48
| A A A
Ukraynanın ən böyük savaş gəmisi ələ keçirildi

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mətbuat "Qetman Saqaydaçnıy" adlanan gəmidə artıq rus bayrağının dalğalandığını bildirib. Təlimdən qayıdan gəmi rəhbərliyi Ukraynada Yanukoviçin hakimiyyətdən getməsindən sonra bu addımı atıb. Gəmi rəhbərliyi həmçinin yalnızeks-prezidentin əmrlərini yerinə yetirəcəklərini deyib.

Qeyd edək ki, Ukraynanın eks-prezidenti hazırda Rusiyadadır. O keçirdiyi mətbuat konfransındaölkəsi uğrunda mübarizəsini davam etdirəcəyini açıqlamışdı.