Əlaqə Arxiv
news Image
2014.03.03
10:09
| A A A
Azərbaycanın “Eurovision-2014” təmsilçisi məlum olub

Azərbaycanı Kopenhagendə keçiriləcək "Eurovision 2014" mahnı müsabiqəsində Dilarə Kazımova təmsil edəcək.


Movqe.az-ın məlumatına görə, Dilarə Kazımova mayın 6-da Kopenhagenin "B&W" Hallerne arenasında "Eurovision" mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.

 

Onun Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi martın 15-ə kimi açıqlanacaq.

 

D. Kazımova iki dəfə Azərbaycanın "Eurovision" üçün milli seçimlərində iştirak edib.

 

Azərbaycanın "Eurovision"da debüt ili olan 2008-ci ildə tərkibində Dilarənin də olduğu

"Unformal" qrupu milli finalda ikinci yeri tutmuşdu. 2010-cu ildə o, artıq "Milk & Kisses" qrupunun tərkibində Eurovision’a vəsiqənin bir addımlığına kimi gəlib çıxmışdı.

 

Elə həmin il "Milk & Kisses" qrupu Azərbaycanı Latviyada, Yurmalada keçirilən "Yeni Dalğa" televiziya müsabiqəsində layiqincə təmsil etmişdi.

 

Azərbaycanın "Eurovision-2014" üçün milli seçimlərinin qalibini Azərbaycandan olan və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.

 

 

 

Sizin Reklam Yeriniz