Cəbhədə atəş səsləri eşidilib
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə
Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə,
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 23 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu
gecə Ermənistan Respublikasının İcevan rayonunun Ayqepar Berkaber
və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən
Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən
mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Şuraabad, Kəngərli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.