news Image
2014.03.03
11:53
| A A A
Quatemalada vulkan püskürmələri davam edir

Quatemalada vulkan püskürmələri davam edir. 3000 insan evakuasiya edilərək daha təhlükəsiz El Rodeo və  Patrocinio ərazilərinə köçürülüb. Movqe.Az xəbər verir ki, Pakaya vulkanı şənbə günü günörta saatlarından etibarən güclü partlayış edərək ətrafa lava və kül püskürtməyə başlayıb. Dünən isə yeni partlayışlar baş  verib, kül buludları 4 km(3mil) havaya yüksələ bilib. Uçuşlar Quatemala şəhərini 50 km cənubuna yönəldilib.

Pakay vulkanı Mərkəzi Amerikanın 3 fəal vulkanından biridir. Digər vulkanlar isə Fueqo və Santa Mariadır. Ölkədə fövqəladə hal davam edir.