news Image
2014.03.03
15:28
| A A A
“Azərspace”-də yeni xarici kanalların yayımına başlanılıb

Qonşu Gürcüstanın bir neçə telekanalı "Azərspace/Africasat-1a" peyki vasitəsilə yayımlana bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hazırda sözügedən ölkənin "Obieqtivi TV", "2TV", "Comedy Arkhi", "Vip TV", "Trialeti", "TV 3", "GDS TV" və "Quality Channel" telekanallarının test yayımı həyata keçirilir. ASC-dən qeyd edilib ki, adıçəkilən kanalların test yayımı uğurla həyata keçirilir və özünün çanaq antenasını "Azərspace/Africasat-1a" peykinə tuşlayan vətəndaşlar rahat şəkildə həmin kanallara baxa bilərlər. Qeyd edək ki, ötən ildən fəaliyyətə başlayan Azərbaycanın ilk telekommunikasiya peyki üzərindən 60-dan artıq yerli və xarici televiziya və radio kanalı yayımlanır.  Bunların 51-i televiziya, 13-ü isə radiodur. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilir.