news Image
2014.03.03
16:43
| A A A
Millət vəkili: "Əgər kimsə şalvarsız gəzmək istəyirsə getsin..."

Son vaxtlar paytaxtda müxtəlif formatlı flaşmoblar təşkil edilir. Mətbuatın diqqətini cəlb edən daha bir flaşmob"Şalvarsız aksiya" da cəmiyyətdə birmənalı qarşılanmadı. Movqe. az bu cür flaşmobların keçirilməsi ilə bağlı millət vəkili Çingiz Qənizadənin fikrini öyrənib. Millət vəkilinin bu məsələyə münasibəti sərt olub: "Daxili İşlər Nazirliyinin "Şalvarsız aksiya" ilə bağlı mövqeyini mən də dəstəkləyirəm. DİN doğru olaraq bəyan etdi ki, bu cür milli dəyərlərə zidd olan aksiyaların qarşısı alınacaq. Mən də DİN-nin bu mövqeyini dəstəkləyərək bəyan edirəm ki, bəli bu cür aksiyaların keçirilməsinin qarşısı alınmalıdır. Bəzi insanlar bunu onların hüququnun pozulması kimi qələmə verməyə çalışsa da burda hüquq pozuntusundan söhbət gedə bilməz. Milli mentalitetə, dəyərlərimizə zidd olan bu aksiyaların keçirilməsinin qarşısı birmənalı olaraq alınmalıdır. Bəs bu aksiyanı seyr edəcək insanların necə, hüququ pozulmurmu? Onların da hüququ var ki, bu cür əxlaqa zidd hərəkətləri seyr etməsinlər. Əgər kimsə şalvarsız gəzmək istəyirsə, getsin öz evində şalvarını çıxartsın".

Qeyd edək ki,  Azərbaycanda yaşayan geylər, lezbilər, trans və biseksuallar (LGBT) yenidən aktivləşib. Onlar sosial şəbəklərdə Sevgi LGTB adlı səhifə yaradıblar.

Səhifədə cinsi azlıqlar Bakı küçələrində çəkdirdikləri şəkilləri paylaşıblar. Məlumata görə, LGBT üzvləri İsa Şahmarlını yad etmək üçün aksiya keçiriblər.