news Image
2014.03.03
18:13
| A A A
Təhsil Nazirliyi ərizə qəbuluna başladı
Azərbaycan Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlayıb.Təhsil Nazirliyindənverilən məlumata görə, ərizə qəbulu "Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə"nin 2.5-ci maddəsinə uyğun olaraq aparılır.Şuranın üzvlüyünə seçilmək istəyənlər bu gündən başlayaraq martın 18-dək elektron formada müraciət edə bilərlər.Şura üzvlüyünə seçilmək üçün ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislər elektron formada ərizə verə bilərlər.