Əlaqə Arxiv
news Image
2014.03.03
18:20
| A A A
“Rusiya Krımdan başını götürüb qaçmağa məcbur olacaq”
Azərbaycan politoloqları Rusiyanın fəaliyyətini qiymətləndiriblər Rusiya ilə Ukrayna arasında son günlərdə başlamış qarşıdurma politoloq Qabil Hüseynli tərəfindən Putinin çox dərin düşünülmüş siyasətinin olmaması kimi dəyərləndirilib. 

ANS PRESS-ə müsahibə verən politoloq Putinin özünü tora saldığını deyi b. "İndi onun bu tordan çıxması, Rusiyanın da olmasa, Putinin kariyerası hesabına başa gələ bilər. Çünki bütün dünya Rusiyanın Ukraynaya təcavüzü olayları ilə bağlı etiraza qalxıb və Rusiyaya qarşı sanksiyadan tutmuş, müxtəlif hədələrə qədər səslənməkdədir". 

Qabil Hüseynli iqtisadi müstəvidə Rusiyaya təzyiqlər edilməyə başlanıldığını bildirib. Onun sözlərinə görə, artıq Rusiya birjasının və "Qazprom" da daxil olmaqla şirkətlərin aksiyalarının qiymətləri sürətlə aşağı düşməkdədir. Bu onunla əlaqədardır ki, qərb Rusiyaya qarşı açıq təhdidə keçib. Onun sözlərinə görə, qərb eyni zamanda Rusiyaya siyasi xarekterli sanksiyalar tətbiq etməyə başlayıb: "Səkkizlərin mart ayında Soçidə keçiriləcək sammiti artıq baş tutmayacaq. Bu isə o deməkdir ki, Rusiya artıq səkkizlərin üzvü ola bilməyəcək".

Politoloqun fikrincə, həm də Rusiya qazının və neftinin alınması ilə bağlı müəyyən sanksiyalar ola biləcək: "Bu isə Rusiyanın əsas gəlir mənbəyidir. Dünya bazarında dollardan aslı olan Rusiya böyük maliyə itkiləri ilə üzləşəcək. Rusiya bır sıra şirkətlərdən aldığı malları indi ala bilməyəcək. Böyük şirkətlərin Rusiyadan getməsi prossesi sürətlənəcək". 

Qabil Hüseynli bildirib ki, Kremlin Ukraynaya qarşı zorakılığına qarşı Rusiyanın özündə də etirazlar yüksələcək: "Sankt Petrburuqda, Tatarıstanda, Başqırdıstanda, Moskvada bu cür etirazlar keçirilir. Bu isə Rusiyanın özündə də mövcud rejimə qarşı fikirlər səsləndirildiyi deməkdir. Putin indi başa düşüb ki, hansı avantürayaya əl atıb və sonda hansı problemlərə gətirib çıxara bilər. Ukrayna hadisələri Rusiyanın özünə qarşı çeviriləcək. Rusiyanın özündə ciddi təlatümlər yaranacaq". 

Onun fikrincə, Krımı qətiyyən Cənubi Osetiya və Abxaziyanın aqibəti gözləmir. Krım məsələsi Abxaziya və Cənubi Osetiya məsələsi deyil. "Bu məsələdə Rusiya dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən qınaq obyektinə çevriləcək. Rusiya ciddi sanksiyalara məruz qalacaq. Və bir növ Krımdan başını götürüb qaçmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda Ukrayna ordusunun güclü müqaviməti nəticəsində oradan çıxmaq məcburiyətində qalacaq. Bu da Rusiya tarixində görünməmiş hadisə olacaq. Bu, Rusiyanın içində böyük narazılıqlarla müşayət olunacaq".

Politoloq Tofiq Abbasov isə Rusiyanın özbaşınalığını beynəlxalq güclərin fəaliyyətsizliyi ilə əlaqələndirib: "Hazırda biz dünya nizamında dərin bir böhranı müşahidə edirik. Dünyada qəbul edilən nizam artıq işləmir. Bunu xarici qurum və təşkilatların Azərbaycana qarşı münasibətindən də görmək mümkündür. Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq qüvvələri məsuliyyətə, BMT qətnamələrinin icrasına çağırsa da, hələ ki, bir nəticə əldə olunmayıb. Mənim fikrimcə, İkinci Dünya Müharibəsindən sonra qəbul olunan normativ aktlar, beynəlxalq konvensiyalar kağızda qalaraq heç bir təsir göstərmir. Yəni gücə malik olan bloklar, tərəflər istədiklərini edirlər. Hazırda gərək güc sahibləri əlahiddə danışıqlar aparsınlar. Burada təmas prosesinə böyük ehtiyac duyulur. Bu xaos dərinləşir, kəskinləşir. Ukraynanın təzə hakimiyyəti isə çox kövrəkdir. Ukraynanın şərqində və cənubunda rusdilli xalqın çoxluğu faktoru da öz rolunu oynayır. Bu özlüyündə Rusiyanın bu bölgələrə yiyə durmasına şərait yaradır. Ukraynanın öz daxili gücü hesabına bu gərgin vəziyyətdən çıxmaq ehtimalı azdır. Gərək bu vəziyyətdə qərb dövlətləri və ABŞ məsələyə müdaxilə etsin. Ukrayna böhranı ilə bağlı beynəlxalq konfransın keçirilməsinə artıq ehtiyac yaranıb. Bu danışıqlarda "ağsaqqal"lığı ABŞ və Rusiya öz üzərinə götürməlidir".
Sizin Reklam Yeriniz