Əlaqə Arxiv
news Image
2014.03.03
18:19
| A A A
Milli Elmlər Akademiyasından sürüşmə həyəcanı

Azərbaycanın bəzi sürüşmə sahələrində aktivləşmə qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, fəallaşma əsasən Şamaxı-İsmayıllı zonasında, Lənkəran zonasında və Bakının Masazır və Zığ ərazisində hiss olunur. Hələlik sensasiyalı bir halın olmadığını deyən E.Əlizadə qeyd edib ki, 1-2 dəfə də bərk yağış yağsa, həmin ərazilərdə sürüşmə ola bilər.Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın ərazisinin 25-26%-i sürüşmə potensialı olan ərazidir: "Amma bununla yanaşı hər bir zonanın ayrıca sürüşmə sahələri zonaları var. Böyük Qafqazın cənub-şərq hissəsi - Şamaxı, İsmayıllı Ağsu, Xızı, Siyəzənin bir hissəsi və Şabran ən təhlükəli sürüşmə zonasıdır. Bunların hər birində onlarla sürüşmə ocağı var. Bununla yanaşı Lənkəran zonası, Kiçik Qafqazın şimal-şərq yamacı-Göygöl, Daşkəsən, Gədəbəy zonası və Abşeronda, xüsusilə Bakı zonasında Bayıl amfiteatrı, Zığ, Masazır, Günəşli-Əhmədli yaylaları da təhlükəli sürüşmə zonalarıdır. Hazırda sürüşmə sahələrində nisbi sakitlikdir. Lakin bəzi yerlərdə azacıq fəallaşma var".

Sizin Reklam Yeriniz