Krımın işğal xəritəsi hazırlandı
Ukraynanın TSN telekanalının jurnalistləri Rusiya hərbçiləri
tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual
xəritəsini hazırlayıblar. Hazırda Krımın Fiolent burnunda silahlı
insanlar Ukrayna hərbi-dəniz qüvvələrinin kəşfiyyat mərkəzini
mühasirəyə alıblar. Sak rayonunun Novofedorovka qəsəbəsində dəniz
aviasiyası hərbi hissəsi mühasirədədir. Hərbi hissənin ətrafında
Rusiya hərbçiləri perimetr üzrə düzülüb. Kerçdə dəniz mühafizəsi
dəstəsinin girişinə avtomatla silahlanmış naməlum adamlar gəliblər.
4 avtobusdan birinin nömrəsi Rusiyaya məxsusdur. Sevastopolda
Ukrayna hərbçiləri havadan müdafiə sursatlarını sinələri ilə
qoruyurlar. Ərazi Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb,
giriş yük maşınları ilə bağlanıb. Ukrayna hərbi-dəniz qüvvələrinin
qərargahı mühasirəyə alınıb, elektrik cərəyanı kəsilib və s.