news Image
2014.03.04
10:07
| A A A
Azərbaycanda güclü zəlzələ baş verib

Bu səhər Qəbələdən 11 km şimal-şərqdə qeydə alınan yeraltı təkanların gücü 4 bala yaxın olub

Azərbaycanda daha zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Ans press-ə verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16: 14-də Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb.


Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur. 


Qeyd edək ki, ötən gün də Qəbələ rayonunda zəlzələ olub. Zəlzələ Qəbələdən 9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib.


Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.