Əlaqə Arxiv
news Image
2014.03.04
10:09
| A A A
Cəbhə xəttində monitorinq keçiriləcək
Monitorinqin Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır

Təmas xəttində monitorinq keçiriləcək. Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. 


Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.


Sizin Reklam Yeriniz